Milli Məclisə seçkilərin keçiriləcəyi məntəqələrin sayı AÇIQLANDI
Milli Məclisə seçkilər 6477 seçki məntəqəsində keçiriləcək.
Redaktor.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın avqustun 16-da keçirilən iclasında söyləyib.
O deyib ki, onlardan 6343 daimi, 134 müvəqqəti seçki məntəqələridir.
Bildirilib ki, müvəqqəti məntəqələr səsvermə gününə 5 gün qalmış yaradılır, ona görə də bu say dəyişə bilər.