Deputatlığa namizəd Səbinə Salmanova şəhid ailələri və qazilərlə görüşdü - FOTO
45 saylı Sumqayıt dördüncü Seçki Dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəd Səbinə Salmanovanın seçki kompaniyası günü-gündən daha da uğurla davam edir. Onun növbəti görüşü avqustun 16-də Sumqayıtdakı Muğam Mərkəzində şəhid ailələrinin nümayəndələri və qazilərlə oldu.
Namizədin vəkilləri seçicilərə namizəd barədə məlumatlar verdilər. Onlar diqqəti həm də namizədin Sumqayıtda doğulub boya-başa çatmmasına, valideynlərinin Sumqayıtın quruculuğunda olduqca əhatəli fəaliyyət göstərmələrinə yönəltdilər. Səbinə xanımın istər təhsil müddətində, istərsə də 24 illik fəaliyyəti dövründə hər zaman öz işgüzarlığından, çalışqanlığından, böyük uğurlar qazandığından danışdılar.
Səbinə xanım, deputat seçilərsə, qarşısına qoyduğu vəzifələr, göstərəcəyi fəaliyyət haqda məlumat verdi.
Çox səmimi şəraitdə keçən görüşdə çıxış edənlərin hər biri belə bir layiqli nümayəndələri olduğunu məmnunluqla qeyd etdilər. Səbinə xanımın Milli Məclisdə onları yüksək səviyyədə təmsil edəcəyinə əmin olduqlarını bildirdilər. Onun deputatlıq fəaliyyətinin də nümunəvi bir şəkildə olacağına inandıqlarını dedilər.
Çıxış edənlər Səbinə xanıma öz ehtiramlarını bildirməklə yanaşı, deputat seçilərsə diqqət yetirməsini arzuladıqları məsələlər barədə də danışdılar.
Səbinə xanım şəhidlərimizin və qazilərimizin xalqımızın qəlbində müqəddəs bir ucalıqda olduğundan, tariximiz, torpaqlarımız yolundakı möhtəşəm fədakarlıqlarından danışdı. Onların xatirələrinin ölkəmiz, hər bir azərbaycanlı, hər bir seçici üçün olduqca əziz olduğunu dedi. Müdrik Prezidentimizin onların böyük qələbəmizdəki rollarından tez-tez söz acdığına diqqət yetirdi.
Əgər deputat seçilərsə, hər zaman öz fəaliyyətini seçicilərin təkliflərini, təşəbbüslərini nəzərə alaraq quracağını bildirdi.
Görüş çox səmimi, yüksək əhval-ruhiyyə ilə başa catdı.