Dəniz suyunun temperaturu neçə dərəcə olacaq?

 14:17 17.08.2024     439

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a verilən məlumata görə, avqustun 18-də Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada 25-26° isti olacaq.

Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti olacaq.