Göydəniz Qəhrəmanov Yasamalda seçicilərlə görüşdü - FOTO

 15:35 17.08.2024     345

17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizəd Göydəniz Qəhrəmanov seçicilərlə növbəti görüşünü keçirib.

Redaktor.az xəbər verir ki, o, bu barədə özünün sosial şəbəkə hesabında yazıb.

"Seçicilərlə birbaşa yerlərdə keçirdiyim görüşlərdə onların çətinliklərini, narahat edən məsələləri və fikirlərini dinlədim.

Öz növbəmdə seçicilərimə irəli sürdüyüm platformamın ayrı-ayrı aspektləri haqqında məlumat verdim. Mənə etimad göstərilərsə səlahiyyətlərim çərçivəsində problemlərinin aidiyyəti üzrə həlli naminə bütün səylərimi əsirgəməyəcəyimi, mənə ünvanlanan müraciətlərə diqqət və həssaslıqla yanaşacağımı, bildirdim. Seçicilərimi sentyabr ayının 1-də keçiriləcək parlament seçkilərində fəal iştirak eməyə çağırdım".

2222