Könül Nurullayeva şəhid ailəsi ilə görüşdü - FOTO

 15:48 17.08.2024     586

24 saylı Nizami birinci seçki dairəsi üzrə deputatlığa namizəd Könül Nurullayeva şəhid ailəsi ilə görüşüb.

Redaktor.az xəbər verir ki, o, bu barədə özünün feysbuk səhifəsində paylaşım edib.

"Cənab Prezident İlham Əliyev tərəfindən "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuş şəhidimiz Ürfan Vəlizadənin yoldaşı Könül xanıma, dəyərli övladlarına baş çəkərək onlarla söhbətləşdik, problemləri ilə maraqlandıq. Şəhid ailələrinə diqqət və qayğı ilə yanaşmaq dövlət siyasətimizin əsas prioritetlərindəndir. Biz də var gücümüzlə çalışırıq ki, bu kontekstdə üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirək.

Bir daha Ürfan Vəlizadənin simasında vətən uğrunda canından keçən bütün şəhidlərimizə Uca Allahdan rəhmət diləyirəm! Sayənizdə Qarabağ Azərbaycandır!", - deyə Könül Nurullayeva yazıb.

222222222