Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ!

 12:47 20.08.2024     319

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a bildirilib ki, avqustun 21-də çimərliklərdə şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.