MEDİA Əməkdar jurnalistin vəfatı ilə bağlı paylaşım etdi
Medianın İnkişafı Agentliyi (MEDİA) Əməkdar jurnalist Nair Əliyevin vəfatı ilə bağlı başsağlığı verib.
Redaktor.az xəbər verir ki, bu barədə agentliyin feysbuk səhifəsində paylaşım edilib.
"Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi əməkdar jurnalist Nair Əliyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!", - paylaşımda deyilir.