Belçikanın yeni səfiri Fariz Rzayevlə görüşdü

 18:42 22.08.2024     239

Belçikanın yeni səfiri Julyen de Fraypont Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayevlə görüşüb.

Redaktor.az 
xəbər verir ki, bu barədə səfir “X” platformasında etdiyi paylaşımda bildirib.

“Nazir müavini Fariz Rzayevlə görüşmək məni şərəfləndirdi və bu, Bakıdakı missiyamın ilk rəsmi addımı oldu. Azərbaycan Xarici İşlər Nazirliyi ilə əməkdaşlığı səbirsizliklə gözləyirəm”, - səfir qeyd edib.