Veteranlar Təşkilatının bu qədər üzvü seçkiləri müşahidə edəcək

 10:56 23.08.2024     309

Sentyabrın 1-də keçiriləcək parlament seçkilərində bütün respublika üzrə müşahidə aparmaq məqsədilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 700 nəfərdən çox üzvü müşahidəçi kimi qeydiyyatdan keçib.

Redaktor.az xəbər verir ki, bu barədə “Seçki 2024” Müstəqil Media Mərkəzinə siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov məlumat verib.

“Veteranlar seçki prosesində həm müşahidəçi, həm də seçici kimi aktiv iştirak edəcək, əvvəlki seçkilərdə olduğu kimi bu seçkidə də xüsusi fəallıq sərgiləyəcəklər”, - deyə Cəlil Xəlilov vurğulayıb.