Günay Əfəndiyeva Şüvəlanda seçicilərlə görüşdü - FOTO

 12:45 23.08.2024     269

14 saylı Xəzər-Pirallahı seçki dairəsindən deputatlığa namizəd Günay Əfəndiyeva Şüvəlan qəsəbəsinin seçiciləri ilə Şüvəlan Mədəniyyət Evində növbəti görüşünü keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə o, özünün feysbuk hesabında yazıb.

Görüşü ATƏT-in nümayəndələri müşahidə ediblər.

"Görüşdə iştirak edən Şüvəlan Ağsaqqallar Şurasının üzvu, kənd ağsaqqalı Balas Əliyevə, 5 saylı Uşaq vərəm sanatoriyasının baş həkimi Ruhəngiz Cavadovaya, Zirə Cümə Məscidinin axundu Hacı Qədir Nəcəfzadəyə və bütün Şüvəlan sakinlərinə təşəkkürümü bildirirəm.

Seçki kampaniyama dəstək verən dəyərli dostlarıma - Beynəlxalq Avrasiya Mətbuat Fondunun qurucusu və sədri Umud Mirzəyevə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, professor, Azərbaycanın əməkdar artisti Azad Şükürova, Azərbaycan Dillər Universitetinin professoru Sevinc Zeynalovaya, Bakı Bələdiyyə Teatrının direktoru Aynur Muxtarovaya və aktyoru Tural Əhmədə dərin minnətdarlığımı çatdırıram.

Mütəmadi əlaqələri, davamlı inkişafı qoruyub saxlayaraq, gəlin körpüləri birlikdə salaq!", - deyə G.Əfəndiyeva qeyd edib.

2222222222