Heydər Əliyev Fondunun təşkilatçılığı ilə şəhid övladları üçün tədbir keçirildi - FOTO

 18:35 26.08.2024     200

Avqustun 26-da torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizədə qəhrəmancasına həlak olmuş şəhidlərimizin övladları üçün Heydər Əliyev Fondunun təşkilatçılığı və “Dəniz Mall”un dəstəyi ilə tədbir keçirilib.

Redaktor.az xəbər verir ki, şəhidlərimizin bizə əmanəti olan övladları həmin məkanda təşkil edilən əyləncələrdən zövq alıb, müxtəlif oyun aparatlarında, kartinq, boulinq, leqo meydançası və digər əyləncə məkanlarında oynayıb, rəqslərə qoşulublar.

Uşaqlar bu günün təəssüratını birgə nahar süfrəsi arxasında paylaşıblar.