Kəmaləddin Heydərov bu rayonda qəbul keçirəcək

 13:27 28.08.2024     272

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 30 avqust 2024-cü il tarixində Ağdaş şəhərində, Ağdaş rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10:00-dan Ağdaş və Göyçay rayonları sakinlərini qəbul edəcək.

Bu barədə Redaktor.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, qəbula gələn vətəndaşların qeydiyyatı 29 avqust 2024-cü il tarixində Ağdaş rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09:00-da başlayacaqdır.

"Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaqdır. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər", - məlumatda qeyd olunub.