Bu gün daha 42 yaşayış məntəqəsində qaz KƏSİLƏCƏK

 00:24 29.08.2024     336

Sabah Lerik rayonunun 42 kəndində qazın verilişi dayandırılacaq.

Redaktor.az Report-a istinadla xəbər verir ki, Lerik şəhəri E.Qarayev küçəsində yerləşən şəhid atası Mövlanov Tahir Xanış oğluna məxsus torpaq sahəsindən keçən orta təzyiqli yeraltı və yerüstü qaz kəmərlərinin yerinin dəyişdirilməsindən ötrü Cəngəmiran kəndi istiqamətində 42 kənd olmaqla, ümumilikdə 2 800 abonentin qaz təchizatının bu gün saat 10-00-dan işlər yekunlaşanadək dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək sizdən xahiş edilir.