"MSK-ya daxil olan müraciətlər şəffaf şəkildə araşdırılacaq" - Məzahir Pənahov

 01:43 02.09.2024     237

Bu gün Mərkəzi Seçki Komissiyasını rəsmi heç bir müraciət daxil olmayıb.

Redaktor.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

Məzahir Pənahov qeyd edib ki, MSK-nın “Qaynar xətti”nə zənglər olub, onlar informativ xarakter daşıyır:

“Amma MSK-ya nə müraciət daxil olacaqsa, arzu edilən bütün beynəlxalq müşahidəçilərin, media nümayəndələrinin iştirakı ilə araşdıracağıq. Pozuntu kimi təqdim edilən bütün məsələlər çox ətraflı, şəffaf şəkildə araşdırılacaq və müvafiq qərarlar qəbul ediləcək".