Tozun konsentrasiyasında nisbi azalma müşahidə edilir

 18:08 03.09.2024     323

Bakıda və Abşeron yarımadasında, həmçinin Xəzər dənizi sahili boyu ərazilərdə müşahidə olunan tozun konsentrasiyasında nisbi azalma müşahidə olunur.

Bu barədə Redaktor.az-a Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova məlumat verib.

"Sinoptik vəziyyətlə əlaqədar ölkə ərazisində sabah səhər saatlarından başlayaraq cənub-şərq istiqamətli küləklərin şimal-qərb istiqamətli küləklərlə əvəz olunması proqnozlaşdırılır ki,
bu səbəbdən gün ərzində havada tozun miqdarının tədricən  azalacağı gözlənilir”.