FHN Biləsuvardakı zəlzələylə bağlı məlumat yaydı

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 05.09.2024-cü il tarixində yerli vaxtla saat 10:45-də Biləsuvar rayonunda 54 km dərinlikdə 4.5 maqnituda zəlzələ qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək FHN-ə məlumat daxil olmayıb.