Biləsuvarda baş vermiş zəlzələdən sonra dəmir yolu infrastrukturuna baxış keçirilib - ADY

Bu gün (5 sentyabr) səhər saat 10:45-də Biləsuvarda baş vermiş zəlzələdən dərhal sonra “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Fövqəladə Hallar Komissiyası cənub zonasında müvafiq infrastruktur obyektlərinə texniki baxışın keçirilməsinə başlayıb, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılır.
ADY-dən Redaktor.az-a verilən məlumata görə, yol infrastrukturunda aparılan texniki diaqnostika ilə əlaqədar olaraq qatarların hərəkət sürəti qismən aşağı salınıb.