Seçki ilə bağlı sosial şəbəkələrdə 508 görüntü yayımlanıb - MSK

 17:17 09.09.2024     261

Seçki ilə bağlı sosial şəbəkələrdə tirajlanan 508 görüntü 25 dairənin 49 məntəqəsini əhatə edib.

Redaktor.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov MSK-nın sentyabrın 9-da keçirilən iclasında bildirib.

MSK sədri Məzahir Pənahov isə əlavə edib ki, həmin görüntülərin izlənməsi bir gün çəkəcək: "Sentyabrın 11-i keçiriləcək iclasda bəzi görüntüləri müzakirə edə biləcəyik".

Sədr qeyd edib ki, MSK-ya bütün məntəqələr üzrə daxil olan videolar ayrı-ayrılıqda Ekspert Qrupunun üzvlərinə təqdim ediləcək: "Çünki kifayət qədər çox görüntü var. Amma bunlara əsasdan başlayaraq baxmaq rahat olacaq".

M.Pənahov əlavə edib ki, məntəqələrdən görüntüləri araşdırmaq MSK üzvləri Hüseyn Paşayev, Qabil Orucov, Fuad Cavadov və Baxşeyiş Əsgərova həvalə olunub: "Ümumilikdə isə hər kəsin prosesdə iştirakı nəzərdə tutulub".