İpoteka Fondu "Meqa Sığorta"nı seçdi

 11:33 10.09.2024     257

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu avtonəqliyyat vasitələrinin icbari və könüllü sığortası ilə bağlı elan etdiyi tenderə yekun vurub.

Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş məlumata əsasən tenderin qalibi “Meqa Sığorta” ASC-dir. Qalib şirkətə 20 121 manat ödəniləcək.

Qeyd edək ki, “Meqa Sığorta” ASC 2010-cu ildən fəaliyyət göstərir və hüquqi və fiziki şəxslərə 35 növ könüllü və icbari sığorta məhsulları, eləcə də 100% səhmdarı olduğu “Meqa Həyat Sığorta” ASC vasitəsi ilə həyat sığortası üzrə sığorta xidmətləri göstərir. Şirkət sığorta yığımlarının, sığorta ödənişlərinin və məcmu kapitalının həcminə görə sığorta bazarının lider şirkətlərindən biridir.