Bu rayonda qaz KƏSİLDİ

 10:17 11.09.2024     224

Mingəçevir şəhərində bir neçə küçədə qazın verilişi dayandırılıb.

Redaktor.az xəbər verir ki, Mingəçevir şəhərində Puşkin, N.Nərimanov, Ə.Vahid, Nizami, H.Əliyev, Ş.İ.Xətai, Nəsimi, Q.Nəbi və A.Məmmədov küçələrinin müyyən hissələrində qazın verilməsində fasilə yaranıb.

Buna səbəb Mingəçevir xidmət sahəsinin xidməti ərazisi olan Qaçaq Nəbi küçəsində yerləşən qaz kəmərində qaz sızmasının aşkarlanmasıdır.

Görülən işlər başa çatdıqdan sonra qaz təchizatında yaranan fasilə bərpa olunacaq.