Ağstafa-Bakı qatarının hərəkət qrafiki dəyişir

"Azərbaycan Dəmir Yolları "QSC (ADY) payız-qış mövsümünə keçidlə əlaqədar Ağstafa-Bakı qatarının hərəkət qrafikinə dəyişiklik edir.
Redaktor.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Belə ki, sentyabrın 16-dan qatar Ağstafadan Bakıya saat 16:40-da (əvvəl 18:20-də) yola düşəcək və saat 21:47-də (əvvəl 23:27-də) paytaxta çatacaq.
"Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz",- deyə məlumatda qeyd edilib.