Göygöldə Azərbaycanın ilk Moruq Festivalı keçiriləcək

 13:51 11.09.2024     247

Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə Moruq Festivalı keçiriləcək.

Rayon icra hakimiyyətindən Redaktor.az-a bildirilib ki, festival sentyabrın 14-15-də saat 10:00-dan başlayaraq Göygöl rayonunun Keşkü kəndində təşkil olunacaq. Festivalda qonaqlara moruqdan hazırlanan müxtəlif təamlar və içkilər təklif olunacaq. Festivalın mədəni hissəsi konsert proqramı ilə zənginləşdiriləcək. Həm uşaqlar, həm də böyüklər üçün əyləncəli proqramlar nəzərdə tutulub. Təbiət qoynunda vaxt keçirmək istəyənlər üçün isə xüsusi ərazi ayrılacaq.

Festival çərçivəsində, həmçinin yerli sənətkarların əl işlərinin nümayiş olunduğu sərgi-satış yarmarkası təşkil ediləcək. Burada iştirakçılar öz zövqlərinə uyğun müxtəlif əl işləri ilə tanış ola və onları əldə edə biləcəklər. Festival, həm yerli sakinlər, həm də Göygölün qonaqları üçün təbiətin gözəlliklərini kəşf edərək istirahət etmək üçün əla şərait yaradacaq.