Bakı metrosuna daha iki yeni qatar gətirildi

 15:46 13.09.2024     542

“Bakı Metropoliteni” QSC-nin sifariş etdiyi qatarlardan daha 2-si paytaxta çatdırılıb.

Redaktor.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

"3 il ərzində Bakı metrosuna 13 yeni qatar və yaxud 65 yeni vaqon gətirməlidir. Bu qatarların 7-si 2024-cü ildə çatıdırılmalıdır. Yeni gətirilmiş 2 qatarın tənzimləmə-sınaq işləri müvafiq sənədləşmə prosedurları başa çatdıqdan sonra həyata keçiriləcək. Növbəti aylarda da gətiriləcək qatarlarla metropolitendə “Həzi Aslanov” – “Dərnəgül” istiqamətində qatarların böyük əksəriyyətini yeni nəsil qatarlar təşkil edəcək”, - deyə o qeyd edib.