Güclü maqnit qasırğası BAŞLADI
![](https://img.redaktor.az/news/2024/09/photo_254197.jpg?v=MTk6MzgyMDI0LTA5LTE3IDA5OjE2OjA3)
Yer kürəsində güclü maqnit qasırğası başlayıb
Redaktor.az xəbər verir ki, bu barədə "Fobos" Hava Mərkəzindən bildirilib.
"Yer kürəsində çox güclü maqnit qasırğası var! Gözlənilən güclü maqnit qasırğası gecikmə ilə başladı", - Mərkəzin mütəxəssisi Mixail Leus qeyd edib.
O əlavə edib ki, fırtına Bakı vaxtı ilə 07:00-dan sonra başlayıb və günün ikinci yarısında bitməlidir. Təbiət hadisəsinin sinfi hazırda G4 kimi qiymətləndirilir və tədricən zəifləyəcək.