Baş Prokurorluğun Elm-Tədris Mərkəzinə rəis təyin EDİLDİ

 15:36 17.09.2024     289

Baş prokurorluğun Elm-Tədris Mərkəzinə rəis təyin edilib.

Redaktor.az xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev Əmr imzalayıb.

Əmrə əsasən, Talıb Cəfərov Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi vəzifəsinə təyin edilib.

T. Cəfərov bu təyinata qədər Elm-Tədris Mərkəzinin rəis müavini vəzifəsində işləyib.

Xatırladaq ki, Mərkəzin əvvəlki rəisi Mübariz Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Ədliyyə nazirinin müavini vəzifəsinə təyin edilib.

Vumart və Güvən reklamı Vumart Güvən