10-a yaxın vəkil Kollegiyadan çıxarılır - ikisi qadındır

 15:16 25.09.2024     405

Azərbaycanda 10-a yaxın vəkil qanun pozuntusuna görə Vəkillər Kollegiyası üzvlüyündən xaric edilə bilər.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, artıq sözügedən hüquqşünasların vəkillik fəaliyyəti dayandırılıb. Onların Vəkillər Kollegiyası üzvlüyündən çıxarılması üçün məhkəməyə müraciət edilməsi qərara alınıb.

Həmin vəkillərin siyahısı məhkəmələrə göndərilib. Sənəddə adları qeyd edilən vəkillərdən ikisi qadındır. 

Onların bəziləri barədə cinayət işi başlanılıb, istintaq aparılır.