Bu agentliyin sədri DƏYİŞDİ
Yalçın Camalov Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Aqrar Kredit və İnkişaf Agentliyinin İdarə Heyətinə sədr təyin edilib.
Redaktor.az report.az-a istinadla xəbər verir ki, o, bu vəzifədə Seymur Mövlayevi əvəz edib.
Qeyd edək ki, Y. Camalov bundan əvvəl Prezident Adminstrasiyasının Dövlət Nəzarəti Məsələləri şöbəsinin monitorinq və təhlil sektorunun müdiri, o vaxtkı Əmlak Məsələləri Dövlət Komitəsinin İnvestisiyaların cəlb edilməsi departamentinin direktoru, bir sıra özəl şirkətlərdə rəhbər vəzifələrdə işləyib.