Bu yollarda duman olacaq - XƏBƏRDARLIQ
![](https://img.redaktor.az/news/2024/09/photo_255678.jpg)
Dumana görə bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq.
Bu barədə Redaktor.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd olunub ki, sentyabrın 30-da gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 700-1000 metrədək məhdudlaşacağı ehtimalı var.