Məşhur jurnalda azərbaycanlı alimin məqaləsi çap OLUNDU

 10:47 30.09.2024     435

Türkiyənin tanınmış "Akademik tarix və düşüncə" jurnalında Azərbaycan aliminin yeni məqaləsi çap olunub.

Redaktor.az xəbər verir ki, jurnalda türkdilli cografiyada çap olunan nüfuzlu elmi jurnallardan hesab edilir və dünyanın bir neçə mötəbər elmi indeksləşmə bazalarına daxildir. Jurnalda türkcə, ingiliscə və rus dilində orijinal elmi məqalələr çap olunur.

Bakı Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Kazimi Pərviz Firidun oğlunun “Kitabxana-İnformasiya Fəaliyyətində Tarixi Publisistik Materiallarin Təbligi Məsələləri” adlı məqaləsi qlobal informasiya məkanında elmi tarixi materialların təbligi sahəsində istifadə olunan yeni metodlara və informasiya təbligi sahəsində təsirlilik imkanlarının öyrənilməsinə və tətbiqinə həsr edilib.

Müasir informasiyalaşmış dünyada tarixi publisistika çox geniş və dərin ictimai təsirə malikdir. Bu, tarixi biliklərin yayılması, cəmiyyətin maarifləndirilməsi, tənqidi düşüncənin inkişafı və mədəniyyətlərarası dialoqun təşviqi baxımından əhəmiyyətli rol oynayır. Rəqəmsal texnologiyalar və sosial media bu təsiri daha da gücləndirir və tarixi publisistikanın cəmiyyət üzərindəki təsirini artırır. Müasir sosial kommunikasiyalardan istifadə tarixi publisistikanın təsirliliyini artırmaq üçün çox effektiv bir vasitədir. Sosial media və digər rəqəmsal platformalar tarixi məzmunun geniş auditoriyaya çatdırılmasına, interaktivliyin artırılmasına və məlumatın sürətlə yayılmasına imkan verir. Bu metodlar tarixi publisistikanın cəmiyyətdə daha geniş və dərin təsirə malik olmasını təmin edir. Kitabxana-informasiya fəaliyyətinin müasir təcrübəsindən irəli gələn nəticələr göstərir ki, tarixi publisistik materiallar, xüsusilə də multimediya materiallarının dövriyyəsi klassik tarixi əsərlərdən bəzən min, bəzən isə on min dəfə artıqdır. Eləcə də oxucu kontingentinin tərkibi də geniş və müxtəlifdir. Tarixi publisistikanın tarixi faktları və hadisələri manipulyasiya etmək üçün istifadə olunma ehtimalları haqqında müxtəlif fikirlər mövcuddur və bu da, bəzi mütəxəssislərin narahatlığına səbəb olur. Lakin, etiraf edilməlidir ki, tarixi faktlarlı, hadisələri interpritasiya və manipulyasiya etmək cəhdləri bürün hallarda mövcuddur. İlkin mənbələrin mötəbərliyi, elmi istinadların sayı bu kimi cəhdlərin qarşısını almır və ilkin mənbələrin də mötəbərlik səviyyəsi çox hallarda suallar yaradır. Bu yanaşma, tarixi publisistikanın cəmiyyətdə müsbət təsirini artırmağa və faktların təhrif olunmasının qarşısını almağa kömək edir.

https://dergipark.org.tr/tr/pub/atdd/issue/87265/1557800

Türkan İSGƏNDƏRLİ