Akademik İsa Həbibbəyli şəhid ailələri ilə görüşdü - FOTO

 12:27 30.09.2024     319

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Anım günündə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına canından keçmiş şəhidlərimizin ailə üzvləri ilə görüşüb.

Redaktor.az xəbər verir ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Görüşdə çıxış edən akademik İsa Həbibbəyli tarixi anlara şahidlik etdiyimiz bu günlərin təməllərinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, Horadiz əməliyyatı ilə düşmənin ağır məğlubiyyətə uğradıldığını və nəticədə atəşkəsin imzalanmasilə Azərbaycanın gələcək inkişafına qədəm qoyduğunu söyləyib. Qeyd edib ki, dahi liderin apardığı diplomatik və iqtisadi siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı bütün sferalarda öz inkişafının ən yüksək mərhələsinə qaldırmaqla güclü, modern ordu yaratdı.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanaraq düşməni kapitulyasiyaya məcbur etdiyini deyən akademik İsa Həbibbəyli 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində isə ərazi bütövlüyümüzün tam bərpa edildiyini bildirib. Vurğulayıb ki, Azərbaycanda və dünyada yaşayan bütün soydaşlarımız Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizdə Dövlət Bayrağımızı ucaltmasını və Xankəndi şəhərində keçirilən hərbi paradı böyük fəxr və qürurla izləyib. AMEA rəhbəri həyata keçirilən genişmiqyaslı tədbirlərin davamı olaraq ölkə başçısının 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edildiyini bildirib.

Akademik İsa Həbibbəyli qeyd edib ki, Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan Qarabağ Zəfəri üçün dövlət başçımıza, ordumuza, şəhidlərimizə, qazilərimizə əbədi olaraq minnətdarıq.

Sonra AMEA-nın Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov çıxış edərək bildirib ki, Azərbaycan böyük dövlətçilik tarixinə malik olmaqla keçmişi böyük zəfərlərlə zəngindir və bu zəngin tarix xalqımızın qəlbində 30 illik işğalın bir gün növbəti zəfərimizlə nəticələnəcəyinə ümid verirdi. S.Həsənov Lider-Xalq-Ordu birliyinin Azərbaycanı tarixi Qələbəyə apardığını, həmrəyliyimiz nəticəsində düşmənin ağır məğlubiyyətə uğradıldığını söyləyib.

Görüşdə, həmçinin Birinci Qarabağ müharibəsi şəhidi Adıgözəl Bəşirovun atası Aşur Adıgözəlov və Vətən müharibəsi şəhidi Pərvin Həmidovun anası Bahar Şükürova çıxış ediblər.

Daha sonra akademik İsa Həbibbəyli AMEA-nın Azad Həmkarlar İttifaqı tərəfindən hazırladılmış xatirə nişanlarını şəhid ailələrinə təqdim edib.

Akademik İsa Həbibbəyli şəhid ailələri ilə görüşüb Akademik İsa Həbibbəyli şəhid ailələri ilə görüşüb Akademik İsa Həbibbəyli şəhid ailələri ilə görüşüb Akademik İsa Həbibbəyli şəhid ailələri ilə görüşüb Akademik İsa Həbibbəyli şəhid ailələri ilə görüşüb Akademik İsa Həbibbəyli şəhid ailələri ilə görüşüb Akademik İsa Həbibbəyli şəhid ailələri ilə görüşüb Akademik İsa Həbibbəyli şəhid ailələri ilə görüşüb Akademik İsa Həbibbəyli şəhid ailələri ilə görüşüb Akademik İsa Həbibbəyli şəhid ailələri ilə görüşüb Akademik İsa Həbibbəyli şəhid ailələri ilə görüşüb Akademik İsa Həbibbəyli şəhid ailələri ilə görüşüb Akademik İsa Həbibbəyli şəhid ailələri ilə görüşüb Akademik İsa Həbibbəyli şəhid ailələri ilə görüşüb Akademik İsa Həbibbəyli şəhid ailələri ilə görüşüb Akademik İsa Həbibbəyli şəhid ailələri ilə görüşüb Akademik İsa Həbibbəyli şəhid ailələri ilə görüşüb Akademik İsa Həbibbəyli şəhid ailələri ilə görüşüb Akademik İsa Həbibbəyli şəhid ailələri ilə görüşüb