"İnternetin sürəti lokal xarakterlidir"- AÇIQLAMA

 12:29 30.09.2024     481

"Bu gün internetin sürəti ilə bağlı hər bir hərəkətlilik İKTA tərəfindən izlənilir".

Redaktor.az xəbər verir ki, bu sözləri İKTA sədri Nail Mərdanov “Azərbaycanda telekommunikasiya sahəsində tənzimləmə: Layihələr və planlar” – adlı təlimdə jurnalistlərə açıqlamasında dedi.

O həmçinin internetin tariflərindən də danışdı:
 "Mövcud Telekommunikasiya haqqında qanunda yazılıb ki, operator və provayderlər tariflərini özləri müəyyən etsinlər. Həmçinin Rəqabət Məcəlləsində  qeyd olunub ki , hüquqi əsas olmadan tənziləyici qurumların tariflərinə nəzarət etmək qadağandır. Eyni zamanda dünya praktikasında da bazarın özü-özünü tənzimləməsi qəbul ediləndir".

İKTA sədri əlavə etdi ki, bu gün istənilən bölgədə birdən çox provayderə rast gəlmək mümkündür:

"Keyfiyyətə gəldikdə isə ölkə üzrə internetin ortalama sürət 80/100-dir. Bu bölgələrə görə dəyişə bilir. Problem lokal səviyyədədir. Biz provayderlərlə bu barədə yaxından işləyirik. Həm də bəzi modemlər 100 Mbit/s ala bilmir. Burada modemin harada qoyulmasının da burada rolu var. İstehsalçı da bilməlidir ki, müəyyən yerlərdə, məsələn, güzgünün, elektrik texnikasının, pəncərənin önündə qoysa, onun interneti zəifləyəcək",- deyə sədr vurğuladı.

Sevinc İBRAHİMZADƏ