Bakıda Fransa neokolonializminə həsr edilmiş beynəlxalq konfrans keçiriləcək
![](https://img.redaktor.az/news/2024/10/photo_255895.jpg)
Bakıda Afrikada Fransanın neokolonializm siyasətinə həsr edilmiş beynəlxalq konfrans keçiriləcək.
Redaktor.az xəbər verir ki, beynəlxalq konfrans oktyabrın 3-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutacaq.
Konfransda Afrikanın Seneqal, Burkina Faso, Kamerun, Qvineya-Bisau, Konqo Demokratik Respublikası, Mavritaniya, Zimbabve, Niger, Fransa və Fransanın əsarəti altında olan Mayot adasının nümayəndələri iştirak edəcək.