İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Meqa Sığortanı SEÇDİ

 13:50 08.10.2024     254

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” əməkdaşlarının könüllü tibbi sığortası ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş məlumata əsasən tenderin qalibi “Meqa Sığorta” ASC-dir. Tenderin nəticələrinə əsasən “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” Publik Hüquqi Şəxs ilə “Meqa Sığorta” ASC arasında müvafiq sığorta müqaviləsinin bağlanması nəzərədə tutulur. Qalib şirkətə 213 384 manat ödəniləcək.

Qeyd edək ki, “Meqa Sığorta” ASC 2010-cu ildən fəaliyyət göstərir və hüquqi və fiziki şəxslərə 36 növ könüllü və icbari sığorta məhsulları, eləcə də 100% səhmdarı olduğu “Meqa Həyat Sığorta” ASC vasitəsi ilə həyat sığortası üzrə sığorta xidmətləri göstərir. Şirkət sığorta yığımlarının, sığorta ödənişlərinin və məcmu kapitalının həcminə görə sığorta bazarının lider şirkətlərindən biridir.