Parlament bələdiyyələrlə bağlı yeni qanun layihəsinə BAXACAQ
Azərbaycanda bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsi Milli Məclisdə müzakirə olunacaq.
Redaktor.az xəbər verir ki, bununla bağlı sənəd parlamentin Regional məsələlər komitəsinin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Komitənin gündəliyi aşağıdakı kimidir:
1. “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikası qanununun layihəsi.
2. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
3. “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).