Ermənistan bu kəndin təhvilinə HAZIRLAŞIR

 11:51 12.10.2024     594

Ermənistan parlamentinin oktyabrın 22-də keçiriləcək iclasında Azərbaycanla demarkasiya komissiyalarının nizamnaməsi müzakirə olunacaq.

Redaktor.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Məsələnin parlamentin Xarici Əlaqələr Komitəsinin oktyabrın 21-də keçiriləcək sessiyasının gündəliyinə daxil edildiyi bildirilir. Nəşr yazır ki, müxalifət partiyaları sözügedən müzakirədə iştirak etməməyi qərarlaşdırıblar. Sadəcə “Hayastan” farksiyasının qərarının nə olacağı məlum deyil.

Qəzetin məlumatına görə, müxalifət nizamnamənin təsdiqlənməsindən sonra demarkasiya prosesinin sürətlənəcəyini düşünür. Hətta Bakının prosesin gedişatında Naxçıvanın Kərki kəndini tələb edəcəyi təqdirdə İrəvanın buna razı olacağına dair məlumatlar yayılıb. Ermənistan hökumətinin kəndin təhvilinə hazırlaşdığı iddia edilir.

Hətta Baş nazir Nikol Paşinyanın yeni ərazi güzəştlərinin məsuliyyətini öz üzərindən atmaq üçün demarkasiya ilə bağlı sənədləri özünün deyil, müavini Mqer Qriqoryanın imzalamasını tapşırdığı bildirilir.

Qeyd edək ki, demarkasiya komissiyaları arasında imzalanan nizamnamə bundan əvvəl Ermənistan Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənib, daha sonra parlamentə göndərilib (Globalinfo.az).