“Meqa Sığorta” daha bir icbari sığorta növü üzrə xidmət GÖSTƏRƏCƏK

 15:17 14.10.2024     238

Azərbaycan Respublikası Mərkəzi Bankı “Meqa Sığorta” ASC-nin “Auditorun peşə məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta xidmətləri göstərməyə icazə verib.

Redaktor.az xəbər ki, bu icbari sığorta növü “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir və Azərbaycan Respublikası ərazisində auditor xidməti göstərən fiziki və hüquqi şəxslərin auditin subyekti qarşısında peşə məsuliyyətinin icbari sığortası sahəsində münasibətləri, onun təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

Auditorun peşə məsuliyyətini yaradan sığorta hadisəsi halları aşağıdakılardır:

auditor xidməti sahəsində qəbul edilmiş normativ hüquqi aktların, standartların, qaydaların tələblərinin pozulması;

maliyyə və vergi hesabatlarında təhrif olunmuş məlumatların və səhvlərin aşkar edilməməsi;

aşkar edilən səhv və təhriflərin aradan qaldırılması üçün düzgün tövsiyələrin verilməməsi;

işlərin keyfiyyətsiz görülməsi və (və ya) yerinə yetirilməsi müddətinə riayət edilməməsi;

məxfilik prinsipinin pozulması.