Şimali Kipr Türk Cümhuriyyəti Prezidentinin media müşaviri Mətbuat Şurasında oldu - FOTO
Bu gün Şimali Kipr Türk Cümhuriyyəti Prezidentinin media müşaviri Muslu Akgüney və Azərbaycan-Kıprıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu Mətbuat Şurasında olublar.
Redaktor.az xəbər verir ki, qonaqları salamlayan MŞ sədri Rəşad Məcid rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri ilə bağlı məlumat verib. O, eyni zamanda, bildirib ki, Azərbaycan jurnalistləri Şimali Kiprdən olan həmkarları ilə təmaslara malikdirlər və bu təmasların daha da gücləndirilməsinə ehtiyac duyulmaqdadır. Çünki Azərbaycan və Şimali Kipr arasında son dövrlər əlaqələr güclənib və medianın da mövcud müstəviyə adekvat reaksiya verməsi vacibdir.