Bu küçələrdə işıqforun yaşıl işığının müddəti ARTIRILDI

 12:02 23.10.2024     281

Bakı yollarında nəqliyyat vasitələri ilə bağlı yaranan qəza şəraiti və ləngimənin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Redaktor.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bu məqsədlə Binəqədi rayonu, Azadlıq prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişməsində olan işıqforun iş rejimi dəyişdirilib. Yəni Cəfər Xəndan küçəsindən düzünə və sola hərəkət edən nəqliyyat vasitələri üçün işıqforun təkrarlayıcısında yaşıl işığın müddəti 10 saniyə artırılıb. Bununla da Cəfər Xəndan küçəsindən kəsişməyə daxil olan sürücülərin burada əlavə vaxt itirməsinin qarşısı alınıb. Edilən dəyişiklik müsbət nəticə verib və nəqliyyat vasitələrinin sərbəst hərəkəti təmin olunub.