Tuneldəki hadisənin ADY-nin infrastrukturu ilə əlaqəsi olmayıb - RƏSMİ

 13:58 25.10.2024     290

Bakıda "Komsomol dairəsi" kimi tanınan ərazidə yerləşən avtomobil keçidində nasos təsərrüfatının işlək vəziyyətdə olduğu təsdiqlənib.

Redaktor.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur departamentinin baş mühəndisi Əfqan İsrafilov modern.az-ın sorğusuna cavab olaraq bildirib.

O qeyd edib ki, ADY-nin İnfrastruktur departamentinin rəhbərliyi və mütəxəssisləri, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Sabunçu Rayon İcra Hakimiyyətinin rəhbərliyi və Sabunçu Rayon Prokurorluğu tərəfindən ərazidə birgə yoxlama aparılıb:

"Yoxlama nəticəsində bütün nasosların yağıntının gücləndiyi tarixdə və tuneli yağış suları basana qədər işlək vəziyyətdə olduğu və hazırda da işlədiyi qeydə alınıb. Tuneldə baş vermiş subasma hadisəsinin ADY-nin infrastrukturu ilə, həmçinin nasos təsərrüfatı ilə əlaqəsi olmayıb".