TƏBİB COP29 müddətində gücləndirilmiş rejimdə işləyəcək

 18:47 30.10.2024     343

TƏBİB COP29-un keçiriləcəyi müddətdə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Redaktor.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov "Yeni Klinika"da COP29 çərçivəsində tibbi xidmətin təşkilinə dair keçirilən brifinqdə deyib.

"Nazirlər Kabinetinin qərarına əsasən, COP29 ərəfəsində bəzi qurum və təşkilatların iş rejimində dəyişikliklər olacaq. Lakin TƏBİB-in tərkibindəki tibb müəssisələri və Birliyin idarəetmə aparatı gücləndirilmiş rejimdə işləyəcək", - o bildirib (Report).