Ağalar Vəliyev şəhid ailələri və qazilərlə görüşdü - FOTO

 10:58 07.11.2024     605

Milli Məclisin deputatı Ağalar Vəliyev Xaçmaz rayonunda 8 noyabr – Zəfər Gününə həsr olunan konfransda iştirak edib. Konfransdan öncə rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələrilə birgə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub və abidənin önünə tər gül dəstələri qoyulub.

Redaktor.az xəbər verir ki, “Şanlı qürur tariximiz” adlı konfransda çıxış edən Milli Məclisin üzvü, Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və başqa natiqlər qeyd ediblər ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Vətən Müharibəsi və ondan sonrakı dövrdə Azərbaycan misilsiz hərbi, siyasi, diplomatik qələbələr qazanıb, ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olunub.

Vətən müharibəsində əldə olunan tarixi Qələbənin arxasında müdrik siyasi və hərbi diplomatiya, xalq-dövlət birliyi, möhtərəm Prezidentimiz İlham Əliyevin dərin zəkası və uzaqgörən siyasəti dayanır. Bu gün Azərbaycan şanlı Zəfərimizdən və doğma Qarabağımıza Böyük Qayıdışımızdan  irəli gələn yeni hədəflərini müəyyənləşdirən qalib dövlət və xalq kimi müstəqilliyinin ən qüdrətli dövrünü yaşayır. 

Böyük qələbəmizin qazanılmasında əziz xatirələri hər zaman ehtiramla yadd olunan qəhrəman şəhidlərimizin, eləcə də igid qazilərimizin misilsiz  xidmətləri olub. Həmişə dövlətçiliyimizə sədaqəti ilə seçilən Xaçmaz rayonun sakinləri müharibə dövründə istər ön, istərsə də arxa cəbhədə fədakarlıq göstərərək qələbəmizin əldə olunmasına öz layiqli töhfələrini verib, onlardan bir çoxu şəhidlik zirvəsinə ucalaraq Vətənin müxtəlif orden və medalları ilə təltif edilib.

Tədbirdə xüsusi olaraq vurğulanıb ki, şəhid ailələri və müharibə əlilləri hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın hərtərəfli diqqəti və qayğısı ilə əhatə olunub.

Konfransda və konfransdan sonra şəhid ailələri və qazilərlə keçirilən  görüşdə bildirilib ki, ölkə rəhbərliyinin bu istiqamətlərdəki dövlət siyasətinə dəstək olaraq Ağalar Vəliyev millət vəkili kimi təmsilçisi olduğu 57 saylı Seçki Dairəsi üzrə  Xaçmaz rayonundan olan şəhid ailələrinə və Qarabağ əlillərinə həmişə həssaslıqla yanaşıb,  öz maddi və mənəvi dəstəyini onlardan əsirgəməyib.

Beləki, deputatın təşəbbüsü və təşkilatçılığı ilə cari ilin oktyabr ayında Xaçmaz rayonundan şəhid və qazi ailəsi üzvləri daxil olmaqla 62 nəfər Şuşa-Xankəndi-Laçın turuna göndərilib, 2016-cı ilin Aprel döyüşlərinin, 2020-ci ilin Vətən müharibəsinin, 2023-cü ilin Antiterror əməliyyatının 27 şəhidinin ailəsinə ildönümü mərasimlərinin keçirilməsi üçün maliyyə dəstəyi göstərilib və şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq 550 nəfərlik ehsan mərasimi təşkil edilib.

Həmçinin, Zəfər Günü münasibətilə 111 şəhid ailəsinə və 119 Qarabağ əlilinə sosial problemlərinin həllinə köməklik məqsədilə maliyyə dəstəyi göstərilib. Görüş iştirakçılarına bildirilib ki, millət vəkili tərəfindən qeyd olunan, eləcə də, digər istiqamətlərdə müvafiq işlər bundan sonra da davam etdiriləcək.

Səmimi şəraitdə keçən görüşün iştirakçıları şəhid ailələrinə və müharibə əlillərinə göstərilən hərtərəfli dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

222222