Rabitəbank “Mastercard Cross-Border” xidmətinə QOŞULDU

 12:25 07.11.2024     326

“Rabitəbank” ASC müştərilərinin ölkəxaricinə P2P pul köçürmələrini daha rahat və sürətli etməsi üçün “Mastercard Cross-Border” xidmətinə qoşuldu.

“Mastercard Cross-Border” xidməti fiziki şəxslər arasında Amerika Birləşmiş Ştatları, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Polşa, Norveç, Sinqapur, Yaponiya, Hindistan və bu kimi bir çox ölkələrə tam, sürətli və təhlükəsiz şəkildə pul köçürmələri etməyə imkan verir.

Xidmət ən müasir təhlükəsizlik sisteminə malik “MasterCard” beynəlxalq ödəniş təşkilatının şəbəkəsi tərəfindən dəstəklənir, eləcə də sürətli və təhlükəsiz olduğu üçün beynəlxalq pul köçürmələri real vaxtda və eyni gündə gerçəkləşir.

Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

"Rabitəbank" - Rahat bankçılıq!