111 saylı orta məktəbdə Zəfər Günü qeyd edildi - FOTO

 15:18 07.11.2024     448

Paytaxtın Rövşən Nəsirov adına 111 saylı orta məktəbində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Redaktor.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başlayıb. Daha sonra Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, məktəbin direktoru Jalə Hacıyeva, ibtidai sinif müəllimi Sevda Cavadova çıxış edərək bu tarixi günün əhəmiyyətini və önəmini böyük qürur və fəxr hissi ilə gənclərə çatdırıb, 44 günlük müharibə dövründə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan əsgərinin əldə etdiyi şanlı qələbədən bəhs ediblər.

Tədbir bayram ovqatı ilə davam edib. Məktəbin şagirdləri vətənpərvərlik mövzusunda, qələbə əhval-ruhiyyəli tamaşalar, şeirlər və musiqi nömrələri ilə bu əlamətdar günü qeyd ediblər.

Redaktor.az

2222