Bakı Olimpiya Stadionunun ərazisi bu axşam BMT-yə təhvil VERİLƏCƏK

 13:50 08.11.2024     277

Bakı Stadionunda COP29-la bağlı inşaat işləri 99 faiz tamamlanıb. Ərazi bu axşam Birləşmiş Millətlər Təşkilatına (BMT) təhvil veriləcək.

Redaktor.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında COP29 Azərbaycan Əməliyyat Şirkətinin Məkanların inşası departamentinin direktoru Azər Quliyev deyib.

Çox az işin qaldığını diqqətə çatdıran departament direktoru əlavə edib: “Bu işlər istifadə olunan ərazilərin yenidən ən yaxşı səviyyəyə gətirilməsidir. Bütün infrastruktur dayanıqlı standartlara əsasən quraşdırılıb və ətrafda görünənlərin əksəriyyəti yenidən istifadə oluna bilən materiallardır”.