COP29-a gələn xarici jurnalistlər üçün mediaturlar təşkil olunacaq

 00:26 15.11.2024     305

"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-da Medianın İnkişafı Agentliyi olaraq iştirakımızı bildirməkdən məmnunluq duyuruq".

Redaktor.az xəbər verir ki, bu barədə agentliyin feysbuk hesabındakı paylaşımda deyilir.

Qeyd olunub ki, tədbir çərçivəsində xarici media nümayəndələri üçün 15-22 noyabr tarixlərində mediaturlar təşkil olunacaq.

Bu səfərlərin məqsədi ölkəmizin tarix və mədəniyyət abidələrinin tanıdılması, həmçinin enerji mənbələri, bərpa olunan enerjiyə keçid, enerji səmərəliliyinə nail olunması istiqamətində görülən işlərin nümayişidir.

Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən