Ali Məhkəmənin hakimi təqaüdə göndərildi - FOTO

 15:25 06.12.2024     422

Ali Məhkəmənin İnzibati kollegiyasının hakimi İlqar Hüseynov təqaüdə göndərilib.

Bu barədə Redaktor.az-a Ali Məhkəmədən məlumat verilib.

Məlumata görə, dekabrın 6-da bununla bağlı tədbir keçirilib. Tədbirdə çıxış edən Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov İlqar Hüseynov uzun illər məhkəmə sistemində çalışdığını, 2013-cü ildən isə Ali Məhkəmədə hakim kimi səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Onun bundan sonrakı fəaliyyətində də Ali Məhkəmənin və bütövlükdə hüquq ictimaiyyətinin inkişafına dəstək göstərəcəyinə ümidvar olduğunu vurğulayıb.

İlqar Hüseynov Ali Məhkəmədə işlədiyi dövrlə bağlı təəssüratlarını bölüşüb.

Sonda İlqar Hüseynova Məhkəmə-Hüquq Şurası adından fəxri döş nişanı təqdim olunub.

222