“Meqa Həyat Sığorta” ASC-nin rəsmi veb saytı artıq yeni formatda!
Azərbaycan sığorta bazarının ən dinamik inkişaf üzrə liderliyini qoruyan “Meqa Həyat Sığorta” şirkəti sığorta məhsullarına əlçatanlığını daha rahat şəkildə təmin etmək məqsədi ilə www.megalife.az korporativ saytını müştərilərin istifadəsinə verib!
Redaktor.az xəbər verir ki, innovativ yanaşması, göstərdiyi yüksək keyfiyyətli xidmətləri ilə daim seçilən “Meqa Həyat” ASC-nin yeni saytı müştəriyönümlü olmaqla əvvəlki versiyadan dizayn və təkmilləşmiş onlayn xidmətləri üzrə yeni funksional imkanları ilə fərqlənir.
Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, rəsmi internet resursunun yenilənməsində əsas məqsəd istifadəçilərin rahatlığını təmin etmək və müasir informasiya texnologiyaları həllərindən istifadə etməklə zamanın tələblərinə uyğunlaşmaqdır.
Artıq hər kəs www.megalife.az saytına daxil olaraq Şirkətin təqdim etdiyi sığorta məhsulları haqqında ətraflı məlumat əldə edib, onlayn şəkildə sığortanı əldə edib, sığorta ödənişini həyata keçirə bilərlər. Müasir dövrdə mobil cihazların geniş istifadəsini nəzərə alaraq Meqa Həyat Sığorta şirkətinin korporativ saytının mobil versiyası da təqdim olunur ki, bu da istifadəçilərə daha çevik şəkildə sığorta xidmətlərindən yararlanma və məlumatlanma imkanı yaradacaq.
Qeyd edək ki, nizamnamə kapitalı 11 mln. manat olan “Meqa Həyat Sığorta” ASC 2021-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş həyat sığortası xidmətləri göstərməyə icazə verən lisenziya əsasında fəaliyyət göstərir. Şirkət İcbari Sığorta Bürosunun üzvü və Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun ipoteka kreditləşməsi üzrə müvəkkil sığortaçısıdır.