Şirvan kanalının Göyçaydan keçən hissəsi tam bərpa edildi - FOTO
Şirvan suvarma kanalının Göyçay rayonundan keçən hissəsi tam bərpa edilib.
Bu barədə Redaktor.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) istinadən xəbər verir.
Qeyd edilib ki, Lək kəndi ərazisində torpaq qatının yarılması ilə bağlı problem tam aradan qaldırılıb. Suvarma kanalında təmir-bərpa işləri canlı qüvvə və ağır texnika vasitəsilə həyata keçirilib, təhlükəsizlik tədbirləri görülüb.
Bildirilib ki, kanal dağıntısı zamanı yaranmış problem ətraf ərazilərdə heç bir fəsat yaratmayıb.