Yaxın günlərdə bu rayon istiqamətində də qatarlar işləyəcək - RƏSMİ
Yaxın günlərdə Balakən istiqamətində sərnişindaşımaya başlanılacaq.
Redaktor.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov bildirib.
"Hazırda jurnalistləri və sərnişinləri Balakən istiqamətində sərnişin daşıma maraqlandırır. Artıq buna sayılı günlər qalıb. Yaxın günlərdə biz ilk qatarın fəaliyyətə başlayacağı tarixi açıqlayacağıq. Bu, çox yaxın günlərdə yerinə yetiriləcək və deyim ki, biz də işləri tamamlayırıq, infrastruktur hazırlığı bitib, stansiyalarda təmir işləri aparılır. Yaxın günlərdə artıq biz sizlərlə birlikdə bunun şahidi olacağıq", - o bildirib.