"Ölkədə mövsümlə əlaqəli virus infeksiyalarının yayılması müşahidə olunur"
"Epidemioloji vəziyyətlə bağlı təcili tibbi yardıma müraciətlərdə kəskin artım yoxdur".
Redaktor.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ölkədə mövsümlə əlaqəli kəskin respirator virus infeksiyalarının yayılması müşahidə olunur.
V.Qurbanov qeyd edib ki, xəstəxanalara insanların müraciət sayı normal səviyyədədir.